Gürcüstanda koronavirusa 8 yeni yoluxma halı aşkarlanıb,daha 5 pasiyent isə sağalıb
Gürcüstanda koronavirusa 8 yeni yoluxma halı aşkarlanıb,daha 5 pasiyent isə sağalıb

 

 Gürcüstanda koronavirusa 8 yeni yoluxma halı aşkarlanıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsində stopcov.ge-də bir az bundan əvvəl yenilənib. Veb səhifədəki məlumata görə, bu vaxt üçün  Gürcüstanda koronavirusa  851 yoluxma halı təsdiqlənib.

Həmçinin ,sağalananların sayı  5 nəfər artıb və cəmi 702-ni təşkil edir. Bununla yanaşı , xaricdən 3 Gürcüstan  vətəndaşı ölkəyə müalicə edilmək məqsədi  ilə gətirilib

 Koronavirus səbəbi ilə ölkədə 13 pasiyent  dünyasını  dəyişib. 3026 nəfər karantin rejimindədir,297 nəfər isə stasionarda müşahidə altındadır.

 

    Hazırladı-Sevinc Mustafayeva