Gürcüstanda koronavirusa 7947  yeni yoluxma halı qeydə alınıb, 5 550 nəfər sağalıb
Gürcüstanda koronavirusa 7947  yeni yoluxma halı qeydə alınıb, 5 550 nəfər sağalıb

Gürcüstanda koronavirusa 7947  yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsi  stopcov.ge-də yenilənib.

Ölkədə son 24 saatda 5 550 nəfər sağalıb. Son bir sutkada  31  pasiyent koronavirusdan vəfat edib.

Son 24 saat ərzində ölkədə 35 082 ədəd  test aparılıb, onlardan   20 608-i antigen sürətli testi, 14 474-ü isə  PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının  müsbətlilik göstəricisi belədir : günlük  22.65 %, son 14 günün-  13.08 %,  son 7 günün isə 16.61 %.

Gürcüstanda koronavirusa ümumilikdə 1059 392 yoluxma halı təsdiqlənib, onlardan  967 585  nəfər sağalıb, 14 732 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 2 658 343 nəfər peyvənd olunub, günlük   1550  insan peyvənd olunub.