Gürcüstanda koronavirusa 7521  yeni yoluxma halı qeydə alınıb, 3 160 nəfər sağalıb
Gürcüstanda koronavirusa 7521  yeni yoluxma halı qeydə alınıb, 3 160 nəfər sağalıb

Gürcüstanda koronavirusa 7521  yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsi  stopcov.ge-də yenilənib.

Ölkədə son 24 saatda 3 160 nəfər sağalıb. Son bir sutkada  31  pasiyent koronavirusdan vəfat edib.

Son 24 saat ərzində ölkədə 56 367 ədəd  test aparılıb, onlardan   38 892-si antigen sürətli testi, 17 475-i isə  PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının  müsbətlilik göstəricisi belədir : günlük  13.34 %, son 14 günün-  10 %,  son 7 günün isə 10.26 %.

Gürcüstanda koronavirusa ümumilikdə 1006 864 yoluxma halı təsdiqlənib, onlardan  934 667 nəfər sağalıb, 14 512 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 2 622 459 nəfər peyvənd olunub, günlük   9290 insan peyvənd olunub.

50 nəfər karantin rejimindədir, 4 465 nəfər stasionar müşahidə altındadır, 2 050 nəfər kliniki-mehmanxanadadır