Gürcüstanda koronavirusa 74 yeni yoluxma halı qeydə alınıb, 357 nəfər sağalıb
Gürcüstanda koronavirusa 74 yeni yoluxma halı qeydə alınıb, 357 nəfər sağalıb

 

Gürcüstanda koronavirusa 74 yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsi stopcov.ge-də bir az bundan əvvəl yenilənib.

Ölkədə son 24 saatda 357 nəfər sağalıb. Son bir sutkada 1 pasiyent koronavirusdan vəfat edib.

Son 24 saat ərzində ölkədə 4 970 ədəd test aparılıb, onlardan 3 436-sı antigen sürətli testi, 1 534-ü isə PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi belədir : günlük 1.49 %, son 14 günün- 1.44 %, son 7 günün isə 1.21 %.

Gürcüstanda koronavirusa ümumilikdə 1 653 118 yoluxma halı təsdiqlənib, onlardan 1 634 313 nəfər sağalıb, 16 793 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 2 872 820 insan peyvənd olunub, günlük 26 nəfər peyvənd olunub.

Bununla yanaşı, aprelin 17-nə olan vəziyyətə görə, Gürcüstanda koronavirusa 115 yeni yoluxma halı qeydə alınıb, 272 pasiyent sağalıb, 3 nəfər isə vəfat edib.