Gürcüstanda  koronavirusa 6 yeni  yoluxma halı qeydə alınıb,daha 26 pasiyent isə sağalıb
Gürcüstanda  koronavirusa 6 yeni  yoluxma halı qeydə alınıb,daha 26 pasiyent isə sağalıb

 

Gürcüstanda  koronavirusa 6 yeni  yoluxma halı qeydə alınıb.Bu barədə məlumat  hökumətin xüsusi veb-səhifəsində  ,stopcov.ge-də  bir az bundan əvvəl yenilənib.

Müvafiq olaraq ,bu vaxt üçün Gürcüstanda  koronavirusa  677  yoluxma halı təsdiqlənib, onlar arasında  419 nəfər sağalıb.

Bununla yanaşı , xaricdən 3 Gürcüstan  vətəndaşı ölkəyə müalicə edilmək məqsədi  ilə gətirilib.

Koronavirus səbəbi ilə ölkədə 12  pasiyent  dünyasını  dəyişib.

3873  nəfər karantin rejimindədir,393   nəfər isə stasionarda müşahidə altındadır.

Hazırladı-Sevinc Mustafayeva