Gürcüstanda  koronavirusa  683  yoluxma halı təsdiqlənib, onlar arasında  419 nəfər sağalıb
Gürcüstanda koronavirusa 683 yoluxma halı təsdiqlənib, onlar arasında 419 nəfər sağalıb

Gürcüstanda  koronavirusa 6 yeni  yoluxma halı qeydə alınıb.

Bu barədə məlumat  hökumətin xüsusi veb-səhifəsində  ,stopcov.ge-də  bir az bundan əvvəl yenilənib.

Müvafiq olaraq ,bu vaxt üçün Gürcüstanda  koronavirusa  683  yoluxma halı təsdiqlənib, onlar arasında  419 nəfər sağalıb.

Bununla yanaşı , xaricdən 3 Gürcüstan  vətəndaşı ölkəyə müalicə edilmək məqsədi  ilə gətirilib.

Koronavirus səbəbi ilə ölkədə 12  pasiyent  dünyasını  dəyişib.

3822 nəfər karantin rejimindədir,360 nəfər isə stasionarda müşahidə altındadır.

 

Hazırladı-Sevinc Mustafayeva