Gürcüstanda koronavirusa 578 yeni yoluxma halı qeydə alınıb, 389 pasiyent sağalıb
Gürcüstanda koronavirusa 578 yeni yoluxma halı qeydə alınıb, 389 pasiyent sağalıb

 

Gürcüstanda koronavirusa 578 yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsi stopcov.ge-də bir az bundan əvvəl yenilənib.

Ölkədə son 24 saatda 389 nəfər sağalıb. Son bir sutkada 3 pasiyent koronavirusdan vəfat edib.

Son 24 saat ərzində ölkədə 24 540 ədəd test aparılıb, onlardan 22 012-si antigen sürətli testi, 2 528-i isə PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi belədir : günlük 2.36 %, son 14 günün- 2.61 %, son 7 günün isə 2.11 %.

Gürcüstanda koronavirusa ümumilikdə 1 650 008 yoluxma halı təsdiqlənib, onlardan 1 629 032 nəfər sağalıb, 16 761 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 2 862 482 nəfər, günlük 211 insan peyvənd olunub.

Bununla yanaşı, aprelin 4-də Gürcüstanda koronavirusa 208 yeni yoluxma halı qeydə alınıb, 685 pasiyent sağalıb, 2 nəfər isə vəfat edib.