Gürcüstanda koronavirusa 5697 yeni yoluxma halı qeydə alınıb, 2713 nəfər sağalıb
Gürcüstanda koronavirusa 5697 yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli Mərkəz yayır.
Ölkədə son 24 saatda 2713 nəfər sağalıb. Son bir sutkada 54 nəfər koronavirusdan vəfat edib.
Son 24 saatda ölkədə 44 536 ədəd test aparılıb.
Bununla yanaşı, avqustun 9-da, Gürcüstanda koronavirusa 2236 yeni yoluxma halı qeydə alınıb, 3146 pasiyent sağalıb, 44 nəfər dünyasını dəyişib.