Gürcüstanda koronavirusa 5 751  yeni yoluxma halı qeydə alınıb, 3647  nəfər sağalıb
Gürcüstanda koronavirusa 5 751  yeni yoluxma halı qeydə alınıb, 3647  nəfər sağalıb

Gürcüstanda koronavirusa 5 751  yeni yoluxma halı qeydə alınıb. Bu barədə hökumətin  xüsusi veb-səhifəsdə, stopcov.ge -də məlumat  bir az bundan əvvəl yenilənib.

Ölkədə son 24 saatda  3647  nəfər sağalıb. Son bir sutkada  78  pasiyent koronavirusdan həlak olub.

Son 24 saat ərzində ölkədə 57 046  ədəd  test aparılıb, onlardan  35 082-si antigen sürətli testi, 21 964-ü isə  PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının  müsbətlilik göstəricisi belədir : günlük  10.08 %, son 14 günün-  9.95 %, son 7 günün isə 10.41 %.

Gürcüstanda koronavirusa   ümumilikdə 766 818 yoluxma halı təsdiqlənib, onlardan  700 568  nəfər sağalıb, 10 662 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 2 018 336  nəfər peyvənd olunub, günlük  6 976  insan peyvənd olunub.

54  nəfər karantin rejimindədir, 6 806 nəfər stasionar şəraitdə nəzarət altındadır, 1276 nəfər kliniki-mehmanxanadadır.

Bununla yanaşı, noyabrın 9-na olan məlumata görə, Gürcüstanda koronavirusa 6021 yeni yoluxma halı qeydə alınıb, 3 792 nəfər sağalıb, 75 nəfər vəfat edib.