Gürcüstanda koronavirusa 5 486 yeni yoluxma halı qeydə alınıb, 2 893 nəfər sağalıb
Gürcüstanda koronavirusa 5 486 yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsi stopcov.ge-də yenilənib.
Ölkədə son 24 saatda 2 893 nəfər sağalıb. Son bir sutkada 46 pasiyent koronavirusdan vəfat edib.
Son 24 saat ərzində ölkədə 57 546 ədəd test aparılıb, onlardan 39 284-ü antigen sürətli testi, 18 262-si isə PCR testi olub.
Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi belədir : günlük 9.53 %, son 14 günün- 8.1 %, son 7 günün isə 9.63 %.
Gürcüstanda koronavirusa ümumilikdə 968 313 yoluxma halı təsdiqlənib, onlardan 916 421 nəfər sağalıb, 14 264 nəfər isə dünyasını dəyişib.
Ümumilikdə 2 565 599 nəfər peyvənd olunub, günlük 10 881 insan peyvənd olunub.
69 nəfər karantin rejimindədir, 4 431 nəfər stasionar müşahidə altındadır, 1 801 nəfər kliniki-mehmanxanadadır