Gürcüstanda koronavirusa 5 340 yeni yoluxma halı qeydə alınıb, 3 631 nəfər sağalıb
Gürcüstanda koronavirusa 5 340 yeni yoluxma halı qeydə alınıb. Bu barədə hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge -də məlumat bir az bundan əvvəl yenilənib.
Ölkədə son 24 saatda 3 631 nəfər sağalıb. Son bir sutkada 62 pasiyent koronavirusdan həlak olub.
Son 24 saat ərzində ölkədə 55 301 ədəd test aparılıb, onlardan 32 544-ü antigen sürətli testi, 22 757-si isə PCR testi olub.
Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi belədir : günlük 9.66 %, son 14 günün- 9.45 %, son 7 günün isə 9.99 %.
Gürcüstanda koronavirusa ümumilikdə 743 511 yoluxma halı təsdiqlənib, onlardan 681 919 nəfər sağalıb, 10300 nəfər isə dünyasını dəyişib.
Ümumilikdə 1 995 150 nəfər peyvənd olunub, günlük 4 063 insan peyvənd olunub.
36 nəfər karantin rejimindədir, 6 666 nəfər stasionar şəraitdə nəzarət altındadır, 1 242 nəfər kliniki-mehmanxanadadır.
Bununla yanaşı, noyabrın 4-də , Gürcüstanda koronavirusa 5206 yeni yoluxma halı qeydə alınıb, 4648 nəfər sağalıb, 53 nəfər vəfat edib.