Gürcüstanda koronavirusa 5 240 yeni yoluxma halı qeydə alınıb, 2 235  nəfər sağalıb
Gürcüstanda koronavirusa 5 240 yeni yoluxma halı qeydə alınıb, 2 235  nəfər sağalıb

Gürcüstanda koronavirusa 5 240 yeni yoluxma halı qeydə alınıb.  Bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz  məlumat yayır.

Ölkədə son 24 saatda 2 235  nəfər sağalıb. Son bir sutkada  68 pasiyent koronavirusdan həlak olub.

Gürcüstanda koronavirusa   ümumilikdə 748 751  yoluxma halı təsdiqlənib, onlardan  684 154 nəfər sağalıb, 10 368 nəfər isə dünyasını dəyişib.

Bununla yanaşı, noyabrın 5-nə olan vəziyyətə görə, ölkədə “Covid 19”-a 5 340 yeni yoluxma halı qeydə alınıb, 3 631 pasiyent sağalıb, 62 nəfər isə vəfat edib.