Gürcüstanda koronavirusa 4 610 yeni yoluxma halı qeydə alınıb, 2624  nəfər sağalıb
Gürcüstanda koronavirusa 4 610 yeni yoluxma halı qeydə alınıb, 2624  nəfər sağalıb

Gürcüstanda koronavirusa 4 610 yeni yoluxma halı qeydə alınıb. Bu barədə  xüsusi veb-səhifəsdə, stopcov.ge -də məlumat  yenilənib.

Ölkədə son 24 saatda 2624  nəfər sağalıb. Son bir sutkada  42 pasiyent koronavirusdan həlak olub.

Son 24 saat ərzində ölkədə 55 815  ədəd  test aparılıb, onlardan  31 603-ü antigen sürətli testi, 24 212-si isə  PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının  müsbətlilik göstəricisi belədir : günlük  8.26 %, son 14 günün-  8.96%, son 7 günün isə 8.82 %.

Gürcüstanda koronavirusa   ümumilikdə 715 865 yoluxma halı təsdiqlənib, onlardan  655 129 nəfər sağalıb, 10003 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 1 974 521  nəfər peyvənd olunub, günlük  4 151  insan peyvənd olunub.

46 nəfər karantin rejimindədir, 6 377 nəfər stasionar şəraitdə nəzarət altındadır, 1086 nəfər kliniki-mehmanxanadadır.