Gürcüstanda koronavirusa  4 445 yeni yoluxma halı qeydə alınıb, 3 508 nəfər sağalıb
Gürcüstanda koronavirusa  4 445 yeni yoluxma halı qeydə alınıb, 3 508 nəfər sağalıb

Gürcüstanda koronavirusa  4 445 yeni yoluxma halı qeydə alınıb. Bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz məlumat yayır.

Ölkədə son 24 saatda  3 508  nəfər sağalıb. Son bir sutkada  77  pasiyent koronavirusdan həlak olub.

stopcov.ge-də olan məlumata əsasən, son 24 saat ərzində ölkədə 50 782  ədəd  test aparılıb, onlardan  30 215-i antigen sürətli testi, 20 567-i isə  PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının  müsbətlilik göstəricisi belədir : günlük  8.75 %, son 14 günün-  10.02 %, son 7 günün isə 10.06 %.

Gürcüstanda koronavirusa   ümumilikdə 775 826 yoluxma halı təsdiqlənib, onlardan  708 820  nəfər sağalıb, 10 816 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 2 032 939 nəfər peyvənd olunub, günlük  7 103  insan peyvənd olunub.

55  nəfər karantin rejimindədir, 6 856 nəfər stasionar şəraitdə nəzarət altındadır, 1324 nəfər kliniki-mehmanxanadadır.

Bununla yanaşı, noyabrın 11-nə olan məlumata görə, Gürcüstanda koronavirusa 4 563 yeni yoluxma halı qeydə alınıb, 4 744  nəfər sağalıb, 77 nəfər vəfat edib.