Gürcüstanda koronavirusa 4 028 yeni yoluxma halı qeydə alınıb, 22 517 nəfər sağalıb
Gürcüstanda koronavirusa 4 028 yeni yoluxma halı qeydə alınıb, 22 517 nəfər sağalıb

Gürcüstanda koronavirusa 4 028 yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsi stopcov.ge-də bir az bundan əvvəl yenilənib.

Ölkədə son 24 saatda 22 517 nəfər sağalıb. Son bir sutkada 21 pasiyent koronavirusdan vəfat edib.

Son 24 saat ərzində ölkədə 9 688 ədəd test aparılıb, onlardan 6 768-i antigen sürətli testi, 2 920-si isə PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi belədir : günlük 41.58 %, son 14 günün- 31.92 %, son 7 günün isə 33.03 %.

Gürcüstanda koronavirusa ümumilikdə 1 458 093 yoluxma halı təsdiqlənib, onlardan 1 270 759 nəfər sağalıb, 15 577 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 2 775 482 nəfər peyvənd olunub, günlük 478 insan peyvənd olunub.

10 nəfər karantin rejimindədir, 6 202 nəfər stasionar müşahidə altındadır, 1481 nəfər kliniki-mehmanxanadadır.

Bununla yanaşı, fevralın 13-də Gürcüstanda koronavirusa 15 712 yoluxma halı qeydə alınıb, 21 623 pasiyent sağalıb, 40 nəfər isə vəfat edib.