Gürcüstanda koronavirusa 307 yeni yoluxma halı qeydə alınıb, 1014 nəfər sağalıb
Gürcüstanda koronavirusa 307 yeni yoluxma halı qeydə alınıb, 1014 nəfər sağalıb

Son 24 saatda 307 nəfərin virusa yoluxması təsdiqlənib, 1014 pasiyent sağalıb.  Gürcüstanda koronavirusdan 24 pasiyent dünyasını dəyişib. Bu barədə məlumat hökumətin xüsusi veb-səhifəsində stopcov.ge-də dərc olunub.

Dünyasını dəyişənlərin ümumi sayı 4 934 nəfəri təşkil edir.

İmunizasiya Milli Planının həyata keçirilməsi üçün ölkə  yaxın gələcəkdə kütləvi peyvəndləməyə keçməlidir- deyə  mütəxəssislər bildirir və qeyd edirlər ki,  hazırda ölkədə peyvənd çatışmazlığı var. Bununla birlikdə, Sinopharm, Pfizer və Johnson daxil olmaqla müxtəlif istehsalçılarla danışıqlar davam edir. Milli plana görə, ilin sonuna qədər əhalinin 60%-i peyvəndlənməlidir.