Gürcüstanda koronavirusa 3 988 yeni yoluxma halı qeydə alınıb, 3722 nəfər sağalıb
Gürcüstanda koronavirusa 3 988 yeni yoluxma halı qeydə alınıb, 3722 nəfər sağalıb

Gürcüstanda koronavirusa 3 988 yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsinə stopcov.ge-də bir az bundan əvvəl yenilənib.

Ölkədə son 24 saatda 3722 nəfər sağalıb. Son bir sutkada  49  pasiyent koronavirusdan həlak olub.

Son 24 saat ərzində ölkədə 53 255 ədəd  test aparılıb, onlardan  37 264-ü antigen sürətli testi, 15 991-i isə  PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının  müsbətlilik göstəricisi belədir : günlük  7.49 %, son 14 günün- 7.64 %, son 7 günün isə 7.15 %.

Gürcüstanda koronavirusa ümumilikdə 894 801 yoluxma halı təsdiqlənib, onlardan  840 985  nəfər sağalıb, 12 826 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 2 324 131 nəfər peyvənd olunub, günlük 10 948 insan peyvənd olunub.

34  nəfər karantin rejimindədir, 5999 nəfər stasionar müşahidə altındadır, 1151 nəfər kliniki-mehmanxanadadır.

Bununla yanaşı, dekabrın 13-nə olan vəziyyətə görə, Gürcüstanda koronavirusa 1527  yeni yoluxma halı qeydə alınıb, 4 588 nəfər sağalıb, 46 nəfər dünyasını dəyişib.