Gürcüstanda koronavirusa 3 656 yeni yoluxma halı qeydə alınıb, 3 066 nəfər sağalıb
Gürcüstanda koronavirusa 3 656 yeni yoluxma halı qeydə alınıb, 3 066 nəfər sağalıb

Gürcüstanda koronavirusa 3 656 yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsi  stopcov.ge-də yenilənib.

Ölkədə son 24 saatda 3 066 nəfər sağalıb. Son bir sutkada  32  pasiyent koronavirusdan vəfat edib.

Son 24 saat ərzində ölkədə 29 711 ədəd  test aparılıb, onlardan   16 196-sı antigen sürətli testi, 13 515-i isə  PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının  müsbətlilik göstəricisi belədir : günlük  12.31 %, son 14 günün-  9.64 %,  son 7 günün isə 9.69 %.

Gürcüstanda koronavirusa ümumilikdə 999 343 yoluxma halı təsdiqlənib, onlardan  931 507 nəfər sağalıb, 14 481 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 2 612 313 nəfər peyvənd olunub, günlük   2 290  insan peyvənd olunub.

54 nəfər karantin rejimindədir, 4 500 nəfər stasionar müşahidə altındadır, 2 092 nəfər kliniki-mehmanxanadadır