Gürcüstanda koronavirusa 2953 yeni yoluxma halı qeydə alınıb, 1085 nəfər sağalıb
Gürcüstanda koronavirusa 2953 yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumatı XNMM-i yayır.
Ölkədə son 24 saatda 1085 nəfər sağalıb. Son bir sutkada 31 pasiyent koronavirusdan vəfat edib.
Son 24 saat ərzində ölkədə 25 745 ədəd test aparılıb, onlardan 15 240-ı antigen sürətli testi, 10 505-i isə PCR testi olub.
Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi belədir : günlük 11.47 %, son 14 günün- 7.76 %, son 7 günün isə 9.57 %.
Gürcüstanda koronavirusa ümumilikdə 962 827 yoluxma halı təsdiqlənib, onlardan 913 528 nəfər sağalıb, 14 218 nəfər isə dünyasını dəyişib.
Ümumilikdə 2 553 749 nəfər peyvənd olunub, günlük 1 899 insan peyvənd olunub.
69 nəfər karantin rejimindədir, 4 409 nəfər stasionar müşahidə altındadır, 1 694 nəfər kliniki-mehmanxanadadır.