Gürcüstanda koronavirusa 2783 yeni yoluxma halı qeydə alınıb, 5450 nəfər sağalıb
Gürcüstanda koronavirusa 2783 yeni yoluxma halı qeydə alınıb, 5450 nəfər sağalıb

 

Gürcüstanda koronavirusa 2783 yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsi stopcov.ge-də bir az bundan əvvəl yenilənib.

Ölkədə son 24 saatda 5450 nəfər sağalıb. Son bir sutkada 32 pasiyent koronavirusdan vəfat edib.

Son 24 saat ərzində ölkədə 17 693 ədəd test aparılıb, onlardan 14 798-i antigen sürətli testi, 2 895-i isə PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi belədir : günlük 15.73 %, son 14 günün- 19.45 %, son 7 günün isə 16.6%.

Gürcüstanda koronavirusa ümumilikdə 1 629 065 yoluxma halı təsdiqlənib, onlardan 1 568 064 nəfər sağalıb, 16 430 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 2 827 683 nəfər peyvənd olunub, günlük 1332 insan peyvənd olunub.

Bununla yanaşı, martın 7-də Gürcüstanda koronavirusa 910 yeni yoluxma halı qeydə alınıb, 8081 pasiyent sağalıb, 32 nəfər isə vəfat edib.