Gürcüstanda koronavirusa 26 yeni yoluxma halı qeydə alınıb,daha 5 pasiyent sağalıb
Gürcüstanda koronavirusa 26 yeni yoluxma halı qeydə alınıb,daha 5 pasiyent sağalıb

 

 

Gürcüstanda koronavirusa 26 yeni yoluxma halı qeydə alınıb.Bu barədə Tbilisinin YXX-nın  tibbi direktoru, Marina Ezuqbaia jurnalistlərə bildirib.Onun sözlərinə görə,daha 5 pasiyent sağalıb.

Bu vaxt üçün Gürcüstanda koronavirusa 783 yoluxma halı təsdiqlənib,sağalananların sayı isə cəmdə 605-i təşkil edir.

Bununla yanaşı,xaricdən müalicə edilmək üçün 3 Gürcüstan vətəndaşı gətirilib.Yeni növ koronavirus nəticəsində,ölkədə 12 pasiyent vəfat edib.

Karantin rejimində 3031 nəfər  ,stasionarda isə- 262 nəfər qalır.

 

Hazırladı-Sevinc Mustafayeva