Gürcüstanda koronavirusa 24 616  yeni yoluxma halı qeydə alınıb, 18 221 nəfər sağalıb
Gürcüstanda koronavirusa 24 616  yeni yoluxma halı qeydə alınıb, 18 221 nəfər sağalıb

Gürcüstanda koronavirusa 24 616  yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsi  stopcov.ge-də bir az bundan əvvəl yenilənib.

Ölkədə son 24 saatda 18 221 nəfər sağalıb. Son bir sutkada  54 pasiyent koronavirusdan vəfat edib.

Son 24 saat ərzində ölkədə 73 251 ədəd  test aparılıb, onlardan   53 616-sı antigen sürətli testi, 19 635-i isə  PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının  müsbətlilik göstəricisi belədir : günlük  33.61 %, son 14 günün-  28.31 %,  son 7 günün isə 31.86 %.

Gürcüstanda koronavirusa ümumilikdə 1 350 454  yoluxma halı təsdiqlənib, onlardan 1 124 442  nəfər sağalıb, 15 300  nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 2 755 879 nəfər peyvənd olunub, günlük  4 023  insan peyvənd olunub.

43 nəfər karantin rejimindədir, 6082 nəfər stasionar müşahidə altındadır, 1897 nəfər kliniki-mehmanxanadadır