Gürcüstanda koronavirusa 2185 yeni yoluxma halı qeydə alınıb, 2010 pasiyent sağalıb
Gürcüstanda koronavirusa 2185 yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz yayır.
Ölkədə son 24 saatda 2010 nəfər sağalıb. Son bir sutkada 40 nəfər koronavirusdan vəfat edib.
Bununla yanaşı, sentyabrın 27-nə olan vəziyyətə görə, Gürcüstanda koronavirusa 663 yeni yoluxma halı qeydə alınıb, 2383 pasiyent sağalıb, 27 nəfər vəfat edib.