Gürcüstanda koronavirusa 2100 yeni yoluxma halı qeydə alınıb, 2 251 nəfər sağalıb
Gürcüstanda koronavirusa 2100 yeni yoluxma halı qeydə alınıb, 2 251 nəfər sağalıb

Gürcüstanda koronavirusa 2100 yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsinə stopcov.ge-də bir az bundan əvvəl yenilənib.

Ölkədə son 24 saatda 2 251 nəfər sağalıb. Son bir sutkada  42  pasiyent koronavirusdan vəfat edib.

Son 24 saat ərzində ölkədə 38 802 ədəd  test aparılıb, onlardan  23 472-si antigen sürətli testi, 15 330-u  isə  PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının  müsbətlilik göstəricisi belədir : günlük  5.41 %, son 14 günün-  5.5 %,  son 7 günün isə 5.28 %.

Gürcüstanda koronavirusa ümumilikdə 934 741 yoluxma halı təsdiqlənib, onlardan  895 315 nəfər sağalıb, 13 800  nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 2 512 858 nəfər peyvənd olunub, günlük  5 532  insan peyvənd olunub.

57 nəfər karantin rejimindədir, 4 551 nəfər stasionar müşahidə altındadır, 858 nəfər kliniki-mehmanxanadadır.