Gürcüstanda koronavirusa 2090 yeni yoluxma halı qeydə alınıb, 1768 nəfər sağalıb
Gürcüstanda koronavirusa 2090 yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsinə stopcov.ge-də bir az bundan əvvəl yenilənib.
Ölkədə son 24 saatda 1768 nəfər sağalıb. Son bir sutkada 76 pasiyent koronavirusdan vəfat edib.
Son 24 saat ərzində ölkədə 48 640 ədəd test aparılıb, onlardan 26 892-si antigen sürətli testi, 21 748-i isə PCR testi olub.
Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi belədir : günlük 4.3 %, son 14 günün- 6.12 %, son 7 günün isə 5.41 %.
Gürcüstanda koronavirusa ümumilikdə 922 707 yoluxma halı təsdiqlənib, onlardan 878 022 nəfər sağalıb, 13 443 nəfər isə dünyasını dəyişib.
Ümumilikdə 2 454 879 nəfər peyvənd olunub, günlük 11 808 insan peyvənd olunub.
40 nəfər karantin rejimindədir, 5 157 nəfər stasionar müşahidə altındadır, 977 nəfər kliniki-mehmanxanadadır.