Gürcüstanda koronavirusa 2 661 yeni yoluxma halı qeydə alınıb. Bu barədə hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge -də məlumat bir az bundan əvvəl yenilənib.
Ölkədə son 24 saatda 1274 nəfər sağalıb. Son bir sutkada 30 pasiyent koronavirusdan həlak olub.
Son 24 saat ərzində ölkədə 36840 ədəd test aparılıb, onlardan 22119-u antigen sürətli testi, 14721-i isə PCR testi olub.
Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi belədir : günlük 7.22 %, son 14 günün- 5.7 %, son 7 günün isə 6.16 %.
Gürcüstanda koronavirusa ümumilikdə 628 719 yoluxma halı təsdiqlənib, onlardan 597 654 nəfər sağalıb, 9192 nəfər isə dünyasını dəyişib.
Ümumilikdə 1 853 296 nəfər peyvənd olunub, günlük 8331 insan peyvənd olunub.
67 nəfər karantin rejimindədir, 4201 nəfər stasionar şəraitdə nəzarət altındadır, 660 nəfər kliniki-mehmanxanadadır.
Bununla yanaşı, oktyabrın 7-də Gürcüstanda koronavirusa 2228 yeni yoluxma halı qeydə alınıb, 1711 nəfər sağalıb, 28 nəfər isə vəfat edib.