Gürcüstanda koronavirusa 2 228 yeni yoluxma halı qeydə alınıb, 1711 pasiyent sağalıb
Gürcüstanda koronavirusa 2 228 yeni yoluxma halı qeydə alınıb. Bu barədə hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge -də məlumat yenilənib.
Ölkədə son 24 saatda 1711 nəfər sağalıb. Son bir sutkada 28 pasiyent koronavirusdan həlak olub.
Son 24 saat ərzində ölkədə 31 828 ədəd test aparılıb, onlardan 18 619-u antigen sürətli testi, 13 209-u isə PCR testi olub.
Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi belədir : günlük 7 %, son 14 günün- 5.63 %, son 7 günün isə 5.61 %.
Gürcüstanda koronavirusa ümumilikdə 626 058 yoluxma halı təsdiqlənib, onlardan 596 380 nəfər sağalıb, 9162 nəfər isə dünyasını dəyişib.
Ümumilikdə 1 844 965 nəfər peyvənd olunub, günlük 7815 insan peyvənd olunub.
65 nəfər karantin rejimindədir, 4150 nəfər stasionar şəraitdə nəzarət altındadır, 633 nəfər kliniki-mehmanxanadadır.
Bununla yanaşı, oktyabrın 6-da Gürcüstanda koronavirusa 2410 yeni yoluxma halı qeydə alınıb, 1516 nəfər sağalıb.