Gürcüstanda koronavirusa 1976 yeni yoluxma halı qeydə alınıb, 3 076 nəfər sağalıb
Gürcüstanda koronavirusa 1976 yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsinə stopcov.ge-də bir az bundan əvvəl yenilənib.
Ölkədə son 24 saatda 3 076 nəfər sağalıb. Son bir sutkada 78 pasiyent koronavirusdan vəfat edib.
Son 24 saat ərzində ölkədə 43 029 ədəd test aparılıb, onlardan 24 654-ü antigen sürətli testi, 18 375-i isə PCR testi olub.
Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi belədir : günlük 4.59 %, son 14 günün- 6.26%, son 7 günün isə 5.64 %.
Gürcüstanda koronavirusa ümumilikdə 920 617 yoluxma halı təsdiqlənib, onlardan 876 254 nəfər sağalıb, 13 367 nəfər isə dünyasını dəyişib.
Ümumilikdə 2 441 614 nəfər peyvənd olunub, günlük 11 456 insan peyvənd olunub.
34 nəfər karantin rejimindədir, 5 195 nəfər stasionar müşahidə altındadır, 980 nəfər kliniki-mehmanxanadadır.