Gürcüstanda koronavirusa 19 049 yeni yoluxma halı qeydə alınıb, 18 409 nəfər sağalıb
Gürcüstanda koronavirusa 19 049 yeni yoluxma halı qeydə alınıb, 18 409 nəfər sağalıb

 

Gürcüstanda koronavirusa 19 049 yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsi stopcov.ge-də bir az bundan əvvəl yenilənib.

Ölkədə son 24 saatda 18 409 nəfər sağalıb. Son bir sutkada 51 pasiyent koronavirusdan vəfat edib.

Son 24 saat ərzində ölkədə 56 531 ədəd test aparılıb, onlardan 39 936-sı antigen sürətli testi, 16 595-i isə PCR testi olub.

stopcov.ge-nin göstəricilərinə görə, ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi belədir : günlük 33.7 %, son 14 günün- 32.01 %, son 7 günün isə 32.19 %.

Gürcüstanda koronavirusa ümumilikdə 1 480 841 yoluxma halı təsdiqlənib, onlardan 1 289 168 nəfər sağalıb, 15 628 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 2 779 761 nəfər peyvənd olunub, günlük 3 593 insan peyvənd olunub.

10 nəfər karantin rejimindədir, 6 017 nəfər stasionar müşahidə altındadır, 1309 nəfər kliniki-mehmanxanadadır.

Fevralın 14-də Gürcüstanda koronavirusa 4 028 yoluxma halı qeydə alınıb, 22 517 pasiyent sağalıb, 21 nəfər isə vəfat edib.

Bununla yanaşı, dünən Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib ki, texniki işlər səbəbilə fevralın 14-ü üçün koronavirusa yoluxanlarla bağlı tam məlumatı yükləmək mümkün olmayıb, bu səbəbdən də bu gün dərc olunan göstəricilər həm bazar gününün, həm də bazar ertəsi gününün yoluxma hallarını əhatə edir.