Gürcüstanda koronavirusa 1826 yeni yoluxma halı qeydə alınıb, 795 nəfər sağalıb
Gürcüstanda koronavirusa 1826 yeni yoluxma halı qeydə alınıb. Bu barədə xüsusi veb-səhifədə, stopcov.ge -də məlumat yenilənib.
Ölkədə son 24 saatda 795 nəfər sağalıb. Son bir sutkada 29 pasiyent koronavirusdan həlak olub.
Son 24 saat ərzində ölkədə 51 248 ədəd test aparılıb, onlardan 32 405-i antigen sürətli testi, 18 843-ü isə PCR testi olub.
Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi belədir : günlük 3.56 %, son 14 günün- 5.49 %, son 7 günün isə 4.93 %.
Gürcüstanda koronavirusa ümumilikdə 616 589 yoluxma halı təsdiqlənib, onlardan 587 499 nəfər sağalıb, 9005 nəfər isə dünyasını dəyişib.
Ümumilikdə 1 808 520 nəfər peyvənd olunub, günlük 8 326 insan peyvənd olunub.
52 nəfər karantin rejimindədir, 4081 nəfər stasionar şəraitdə nəzarət altındadır, 696 nəfər kliniki-mehmanxanadadır.
Bununla yanaşı, oktyabrın 1-də Gürcüstanda koronavirusa 1751 yeni yoluxma halı qeydə alınıb, 1633 nəfər sağalıb,30 nəfər isə vəfat edib.