Gürcüstanda koronavirusa 1751  yeni yoluxma halı qeydə alınıb, 1633  nəfər sağalıb
Gürcüstanda koronavirusa 1751  yeni yoluxma halı qeydə alınıb, 1633  nəfər sağalıb

Gürcüstanda koronavirusa 1751  yeni yoluxma halı qeydə alınıb. Bu barədə hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge -də məlumat bir az bundan əvvəl yenilənib.

Ölkədə son 24 saatda  1633  nəfər sağalıb. Son bir sutkada  30 pasiyent koronavirusdan həlak olub.

Son 24 saat ərzində ölkədə 42 657  ədəd  test aparılıb, onlardan  28199-u   antigen sürətli testi, 14458-i isə  PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının  müsbətlilik göstəricisi belədir : günlük  4.1 %, son 14 günün- 5.8 %, son 7 günün isə 5.22 %.

Gürcüstanda koronavirusa   ümumilikdə 614 763 yoluxma halı təsdiqlənib, onlardan  586704 nəfər sağalıb, 8976 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 1 799 446 nəfər peyvənd olunub, günlük  12 562 insan peyvənd olunub.

70  nəfər karantin rejimindədir, 4169 nəfər stasionar şəraitdə nəzarət altındadır, 768 nəfər kliniki-mehmanxanadadır.

Bununla yanaşı, sentyabrın 30-da  Gürcüstanda koronavirusa 1743  yeni yoluxma halı qeydə alınıb, 2266 nəfər sağalıb, 29 nəfər isə vəfat edib.