Gürcüstanda koronavirusa 1743 yeni yoluxma halı qeydə alınıb, 2266 nəfər sağalıb
Gürcüstanda koronavirusa 1743 yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz yayır.
Ölkədə son 24 saatda 2266 nəfər sağalıb. Son bir sutkada 29 pasiyent koronavirusdan həlak olub.
Gürcüstanda koronavirusa ümumilikdə 613 012 yoluxma halı təsdiqlənib, onlardan 585071 nəfər sağalıb, 8946 nəfər isə dünyasını dəyişib.
Ümumilikdə 1 785 862 nəfər peyvənd olunub, günlük 10 347 insan peyvənd olunub.
Bununla yanaşı, sentyabrın 29-na olan vəziyyətə görə, Gürcüstanda koronavirusa 1929 yeni yoluxma halı qeydə alınıb, 1914 pasiyent sağalıb, 33 nəfər vəfat edib.