Gürcüstanda koronavirusa 1716 yeni yoluxma halı qeydə alınıb, 1 551 nəfər sağalıb
Gürcüstanda koronavirusa 1716 yeni yoluxma halı qeydə alınıb, 1 551 nəfər sağalıb

 

Gürcüstanda koronavirusa 1716 yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsi stopcov.ge-də bir az bundan əvvəl yenilənib.

Ölkədə son 24 saatda 1 551 nəfər sağalıb. Son bir sutkada 16 pasiyent koronavirusdan vəfat edib.

Son 24 saat ərzində ölkədə 19 857 ədəd test aparılıb, onlardan 17 226-sı antigen sürətli testi, 2 631-i isə PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi belədir : günlük 8.64 %, son 14 günün- 13.98 %, son 7 günün isə 10.7 %.

Gürcüstanda koronavirusa ümumilikdə 1 637 691 yoluxma halı təsdiqlənib, onlardan 1 590 380 nəfər sağalıb, 16 585 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 2 834 936 nəfər peyvənd olunub, günlük 1613 insan peyvənd olunub.

Bununla yanaşı, martın 14-də Gürcüstanda koronavirusa 466 yeni yoluxma halı qeydə alınıb, 2 944 pasiyent sağalıb, 15 nəfər isə vəfat edib.