Gürcüstanda koronavirusa 1661 yeni yoluxma halı qeydə alınıb, 3841  nəfər sağalıb
Gürcüstanda koronavirusa 1661 yeni yoluxma halı qeydə alınıb, 3841  nəfər sağalıb

Gürcüstanda koronavirusa 1661 yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsinə stopcov.ge-də bir az bundan əvvəl yenilənib.

Ölkədə son 24 saatda 3841  nəfər sağalıb. Son bir sutkada  69  pasiyent koronavirusdan vəfat edib.

Son 24 saat ərzində ölkədə 32 741  ədəd  test aparılıb, onlardan  18 421-i antigen sürətli testi, 14 320-si  isə  PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının  müsbətlilik göstəricisi belədir : günlük  5.07 %, son 14 günün-  5.93 %,  son 7 günün isə 5.21 %.

Gürcüstanda koronavirusa ümumilikdə 924 368 yoluxma halı təsdiqlənib, onlardan  881 863 nəfər sağalıb, 13 512  nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 2 463 409 nəfər peyvənd olunub, günlük  6 969 insan peyvənd olunub.

37 nəfər karantin rejimindədir, 5 121  nəfər stasionar müşahidə altındadır, 920 nəfər kliniki-mehmanxanadadır.