Gürcüstanda koronavirusa 1653 yeni yoluxma halı qeydə alınıb,2646 nəfər sağalıb
Gürcüstanda koronavirusa 1653 yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəz yayır.
Ölkədə son 24 saatda 2646 nəfər sağalıb. Son bir sutkada 47 nəfər koronavirusdan vəfat edib.
Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik nisbətləri isə belədir: son 14 gündə 6.85%, son yeddi gündə 6.44 %.
Gürcüstanda koronavirusa ümumilikdə 602 065 yoluxma halı aşkarlanıb, onlardan 570 443 nəfər sağalıb, 8711 nəfər isə vəfat edib.
Bununla yanaşı, sentyabrın 22-də Gürcüstanda koronavirusa 2016 yeni yoluxma halı qeydə alınıb, 2024 pasiyent sağalıb.