Gürcüstanda koronavirusa 1543 yeni yoluxma halı qeydə alınıb, 3 198 nəfər sağalıb
Gürcüstanda koronavirusa 1543 yeni yoluxma halı qeydə alınıb, 3 198 nəfər sağalıb

 

Gürcüstanda koronavirusa 1543 yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsi stopcov.ge-də bir az bundan əvvəl yenilənib.

Ölkədə son 24 saatda 3 198 nəfər sağalıb. Son bir sutkada 20 pasiyent koronavirusdan vəfat edib.

Son 24 saat ərzində ölkədə 13 873 ədəd test aparılıb, onlardan 10 859-u antigen sürətli testi, 3 014-ü isə PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi belədir : günlük 11.12 %, son 14 günün- 16.83 %, son 7 günün isə 14.57%.

Gürcüstanda koronavirusa ümumilikdə 1 633 443 yoluxma halı təsdiqlənib, onlardan 1 581 376 nəfər sağalıb, 16 505 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 2 830 741 nəfər peyvənd olunub, günlük 1279 insan peyvənd olunub.

Bununla yanaşı, martın 10-da Gürcüstanda koronavirusa 1970 yeni yoluxma halı qeydə alınıb, 7294 pasiyent sağalıb, 29 nəfər isə vəfat edib.