Gürcüstanda koronavirusa 1527  yeni yoluxma halı qeydə alınıb, 4588 nəfər sağalıb
Gürcüstanda koronavirusa 1527  yeni yoluxma halı qeydə alınıb, 4588 nəfər sağalıb

Gürcüstanda koronavirusa 1527  yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsinə stopcov.ge-də bir az bundan əvvəl yenilənib.

Ölkədə son 24 saatda 4 588 nəfər sağalıb. Son bir sutkada  46  pasiyent koronavirusdan həlak olub.

Son 24 saat ərzində ölkədə 21 264  ədəd  test aparılıb, onlardan  13 922-si antigen sürətli testi, 7 342-si isə  PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının  müsbətlilik göstəricisi belədir : günlük  7.18 %, son 14 günün- 7.8 %, son 7 günün isə 7.45 %.

Gürcüstanda koronavirusa ümumilikdə 890 813 yoluxma halı təsdiqlənib, onlardan  837 263 nəfər sağalıb, 12 777 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 2 311 840 nəfər peyvənd olunub, günlük  2500 insan peyvənd olunub.

35 nəfər karantin rejimindədir, 6138 nəfər stasionar müşahidə altındadır, 1183 nəfər kliniki-mehmanxanadadır.

Bununla yanaşı, dekabrın 12-nə olan vəziyyətə görə, Gürcüstanda koronavirusa 2 922 yeni yoluxma halı qeydə alınıb, 4 999 nəfər sağalıb, 36 nəfər dünyasını dəyişib.