Gürcüstanda koronavirusa 15 762 yeni yoluxma halı qeydə alınıb, 5 160 pasiyent sağalıb
Gürcüstanda koronavirusa 15 762 yeni yoluxma halı qeydə alınıb. Bu barədə məlumat hökumətin xüsusi veb səhifəsi stopcov.ge-də bir az bundan əvvəl yenilənib.
Ölkədə son 24 saatda 5 160 nəfər sağalıb. Son bir sutkada 42 pasiyent koronavirusdan vəfat edib.
Son 24 saat ərzində ölkədə 74 200 ədəd test aparılıb, onlardan 51 865-i antigen sürətli testi, 22 335-i isə PCR testi olub.
Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi belədir : günlük 21.24 %, son 14 günün- 14.15 %, son 7 günün isə 18.01%.
Gürcüstanda koronavirusa ümumilikdə 1075 154 yoluxma halı təsdiqlənib, onlardan 972 745 nəfər sağalıb, 14 774 nəfər isə dünyasını dəyişib.
Ümumilikdə 2 667 808 nəfər peyvənd olunub, günlük 8 634 insan peyvənd olunub.
30 nəfər karantin rejimindədir, 4 595 nəfər stasionar müşahidə altındadır, 2 064 nəfər kliniki-mehmanxanadadır