Gürcüstanda koronavirusa 1374 yeni yoluxma halı qeydə alınıb.
Bu barədə hökumətin xüsusi veb-səhifəsində stopcov.ge-də məlumat bir az bundan əvvəl yenilənib.
Son 24 saat ərzində ölkədə 422 nəfər sağalıb. Son bir gündə 11 pasiyent dünyasını dəyişdi.
Son 24 saat ərzində ölkədə 37 524 ədəd test aparılıb, onlardan 28 078-i antigen sürətli testi, 9446-sı isə PCR testi idi.