Gürcüstanda koronavirusa 12 yeni yoluxma halı qeydə alınıb,6 pasiyent isə sağalıb

Gürcüstanda  koronavirusa 12  yeni  yoluxma halı qeydə alınıb.Bu barədə məlumat  hökumətin xüsusi veb-səhifəsində  ,stopcov.ge-də  bir az bundan əvvəl yenilənib.Müvafiq olaraq,  bu vaxt üçün Gürcüstanda  koronavirusa  695 yoluxma halı təsdiqlənib, 6 pasiyent sağalıb və bununla da sağalananların  ümumi sayı   425-ə yüksəlib. Bununla yanaşı , xaricdən 3 Gürcüstan  vətəndaşı ölkəyə müalicə edilmək məqsədi  ilə gətirilib.

Koronavirus səbəbi ilə ölkədə 12  pasiyent  dünyasını  dəyişib.

3822  nəfər karantin rejimindədir,360 nəfər isə stasionarda müşahidə altındadır.

 

Hazırladı-Sevinc Mustafayeva