Gürcüstanda koronavirusa 1108  yeni yoluxma halı qeydə alınıb, 714  nəfər sağalıb
Gürcüstanda koronavirusa 1108  yeni yoluxma halı qeydə alınıb, 714  nəfər sağalıb
 

Gürcüstanda koronavirusa 1108  yeni yoluxma halı qeydə alınıb. Bu barədə hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge -də məlumat bir az bundan əvvəl yenilənib.

Ölkədə son 24 saatda  714  nəfər sağalıb. Son bir sutkada  7 pasiyent koronavirusdan həlak olub.

Son 24 saat ərzində ölkədə 23 895  ədəd  test aparılıb, onlardan  13 758-i antigen sürətli testi, 10 137-si  isə  PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının  müsbətlilik göstəricisi belədir : günlük  4.64%, son 14 günün- 3 .47 %, son 7 günün isə 3.89 %.

Gürcüstanda koronavirusa   ümumilikdə 374 836 yoluxma halı təsdiqlənib, onlardan  357 804 nəfər sağalıb, 5 421  nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 289 399 nəfər peyvənd olunub, günlük  5598 insan peyvənd olunub.

 78 insan karantin rejimindədir, 3 285  nəfər stasionar şəraitdə nəzarət altındadır, 936 nəfər kliniki-mehmanxanadadır.

Dünən, iyulun 8-də Gürcüstanda koronavirusa 1043 yeni yoluxma halı qeydə alınıb, 841 nəfər isə sağalıb.