Gürcüstanda koronavirusa 1043 yeni yoluxma halı qeydə alınıb, 841  nəfər sağalıb
Gürcüstanda koronavirusa 1043 yeni yoluxma halı qeydə alınıb, 841  nəfər sağalıb

Gürcüstanda koronavirusa 1043 yeni yoluxma halı qeydə alınıb. Bu barədə hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge -də məlumat bir az bundan əvvəl yenilənib.

Ölkədə son 24 saatda 841 nəfər sağalıb. Son bir sutkada 20 pasiyent koronavirusdan həlak olub.

Son 24 saat ərzində ölkədə 31 229  ədəd  test aparılıb, onlardan  14 057-si antigen sürətli testi, 17 172-si isə  PCR testi olub.

Ölkədə koronavirusun aşkarlanmasının  müsbətlilik göstəricisi belədir : günlük  3.34%, son 14 günün- 3 .27%, son 7 günün isə 3.72 %.

Gürcüstanda koronavirusa   ümumilikdə 373 728 yoluxma halı təsdiqlənib, onlardan  357 090 nəfər sağalıb, 5 415  nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 283 631 nəfər peyvənd olunub, günlük  5702 insan peyvənd olunub.

 75 insan karantin rejimindədir, 3 139  nəfər stasionar şəraitdə nəzarət altındadır, 906 nəfər kliniki-mehmanxanadadır.

Dünən, iyulun 7-də Gürcüstanda koronavirusa 1392 yeni yoluxma halı qeydə alınıb, 531 nəfər isə sağalıb.