Gürcüstanda koronavirusa 1026 yeni yoluxma halı qeydə alınıb, 381 nəfər sağalıb
Gürcüstanda koronavirusa 1026 yeni yoluxma halı qeydə alınıb. Bu barədə hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge -də məlumat bir az bundan əvvəl yenilənib.
Ölkədə son 24 saatda 381 nəfər sağalıb. Son bir sutkada 12 pasiyent koronavirusdan həlak olub.
Son 24 saat ərzində ölkədə 33 002 ədəd test aparılıb, onlardan 15 024-ü antigen sürətli testi, 17 978-i isə PCR testi olub.
Ölkədə koronavirusun aşkarlanmasının müsbətlilik göstəricisi belədir : günlük 3.11 %, son 14 günün- 2.79%, son 7 günün isə 3.28 %.
Gürcüstanda koronavirusa ümumilikdə 369 048 yoluxma halı təsdiqlənib, onlardan 353 612 nəfər sağalıb, 5 347 nəfər isə dünyasını dəyişib.
Ümumilikdə 267 727 nəfər peyvənd olunub, günlük 1442 insan peyvənd olunub.
84 insan karantin rejimindədir, 2907 nəfər stasionar şəraitdə nəzarət altındadır, 747 nəfər kliniki-mehmanxanadadır.
Dünən, iyulun 2-də Gürcüstanda koronavirusa 964 yeni yoluxma halı qeydə alınıb, 607 nəfər sağalıb.