Gürcüstanda koronavirusa 1 yeni yoluxma halı qeydə alınıb,11 pasiyent isə sağalıb
Gürcüstanda koronavirusa 1 yeni yoluxma halı qeydə alınıb,11 pasiyent isə sağalıb

 

Gürcüstanda koronavirusa  1  yeni  yoluxma halı qeydə alınıb.Bu barədə məlumat  hökumətin xüsusi veb-səhifəsində  ,stopcov.ge-də  bir az bundan əvvəl yenilənib.

Veb səhifədəki məlumata görə, bu vaxt üçün Gürcüstanda  koronavirusa  809 yoluxma halı təsdiqlənib,daha 11  pasiyent sağalıb və bununla da sağalananların ümumi sayı  674-ə yüksəlib.

Bununla yanaşı , xaricdən 3 Gürcüstan  vətəndaşı ölkəyə müalicə edilmək məqsədi  ilə gətirilib.Koronavirus səbəbi ilə ölkədə 13 pasiyent  dünyasını  dəyişib.

3161 nəfər karantin rejimindədir,285  nəfər isə stasionarda müşahidə altındadır.

Hazırladı-Sevinc Mustafayeva