Gürcüstanda koronavirus üçün gündə 1000-dən artıq PCR test keçiriləcək

Gürcüstanın Səhiyyə Naziri Ekaterine Tikaradze bəyan edir ki, bu gündən etibarən, koronavirus üzrə ölkədə hər gün 1000-dən artıq PCR testləri keçiriləcək.

Ekaterine Tikaradzenin bəyanatına görə, test prosedurları məqsədyönlüdür və test vasitəsi ilə, infeksiyaya yoluxma risk qruplarının identifikasiyası asanlaşır.

“Ölkəmizin yüksək risk qruplarında gündə 1000 test keçirmək imkanı var” – dedi Səhiyyə Naziri.