Gürcüstanda koronavirus hallarının sayı 230-a qədər artdı, onların arasında sağalan 52 pasiyent var
Gürcüstanda koronavirus hallarının sayı 230-a qədər artdı, onların arasında sağalan 52 pasiyent var

Bu gün Gürcüstanda koronavirusun üç yeni halı qeydə alındı.

Bu barədə məlumat iqtidar tərəfindən yaradılan xüsusi veb-səhifə stopcov.ge-də yayımlandı.

Veb-səhifənin məlumatına görə, bu vaxt üçün Gürcüstanda koronavirun 230 halı qeydə alınıb, onların arasında 52 sağalan pasiyent var.

Koronavirus nəticəsində, ölkədə üç pasiyent həyatını itirib.

Bununla yanaşı, karantin rejimində 4829 vətəndaş qalır, stasiyonarda isə, 410.