Bu il Gürcüstanda üçüncü dəfə iyunun 19-da atalar günü qeyd olunacaq.
Tədbir yeni Mziuridə planlaşdırılır və ona qeyri-hökümət və beynəlxalq təşkilatlar qoşulacaqlar.
“Kişilər qayğı göstərirlər” adlı kampaniya çərçivəsində, atalar gününün qeyd olunması Gürcüstanda gender bərabərliyinə nail olmaq məqsədi ilə keçirilən geniş miqyaslı layihə BMT-nin əhali fonduna (UNFPA) aiddir.
Atalar gününün keçirilməsi ona görə önəmlidir ki, uşağın tərbiyə prosesinə ataların qoşulmasının zəruriliyi vurğulansın.