Gürcüstanda işləyən Azərbaycan vətəndaşlarının pasportlarının etibarlılıq müddəti iyul ayına qədər uzadılacaq
Gürcüstanda olan Azərbaycan vətəndaşlarının pasportlarının etibarlılıq müddəti iyul ayına qədər uzadılır.
Azərbaycanın Gürcüstandaki Səfirliyinin bəyanatında deyilir ki, “Covid-19″-un yayılmasının prevensiyası məqsədi ilə, mövcud olan epidemioloji vəziyyətdən irəli gələrək, Azərbaycan Respublikası və Gürcüstan arasındaki sərhədlər 2020-ci ilin martın 14-nə qədər müvəqqəti olaraq, bağlanır.
Pandemiyaya görə yaranan çətinlikləri nəzərə alaraq, müxtəlif ölkələrdə və həmçinin, Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarına qeyri-leqal miqrant statusunun toxunmaması və qanun çərçivəsində fəaliyyətlərinin davam etdirə bilmələri üçün bütün pasportların (vətəndaş və diplomatik) etibarlılıq müddəti 2021-ci ilin iyulun birinə qədər uzadılacaq.
Gürcüstanda işləyən Azərbaycan vətəndaşları, vətənlərinə qayıtmaq məqsədi ilə, vəsiqələrinin rəsmiləşdirilməsi üçün Azərbaycan Səfirliyinə müraciət etməlidirlər”.