Gürcüstanda hazırda 81 koronavirusa yoluxma halı qeydə alınıb, onlardan 13-ü sağalıb

Gürcüstanda yeni növ koronavirusa daha iki yoluxma halı təsdiqlənib.

Müvafiq məlumat Gürcüstan hökuməti tərəfindən yaradılmış xüsusi veb səhifəyə, stopcov.ge-yə yerləşdirilib.

Rəsmi məlumatlara əsasən, Gürcüstanda hazırda koronavirusa 81 yoluxma halı təsdiqlənib.

Bununla yanaşı , 4 min 427 nəfər karantindədir, 257 nəfər isə stasionarda müşahidə altındadır.

 

Müəllif – Sevinc Mustafayeva