Gürcüstanda hava temperaturu bugün 31-36 dərəcə olacaq, sabah axşamdan isə, hava şəraiti yenə pisləşəcək
Bugün Gürcüstanda hava temperaturu 31-36 dərəcə olacaq.
Bu haqda məlumatı Ətraf Mühitin Qorunmasının Milli Agentliyi yayır.
Agentliyin məlumatına görə, mayın 22-dən, günün ikinci yarısından meteoroloji şəraitlərin kəskin pisləşməsi: yağış, dolu və külək gözlənilir.
Dənizdə isə, 4-5 ballıq qasırğa gözlənilir.
Proqnoza görə, mayın 22-23-də hava temperaturunun 15-17 dərəcə ilə düşməsi və güclü yağış gözlənilir.